satellite   Azerspace-1: 11135 H 30000

“Azərpoçt” “Zəfər Günü” adlı poçt blokunu dövriyyəyə buraxıb

“Azərpoçt” “Zəfər Günü” adlı poçt blokunu dövriyyəyə buraxıb

“Azərpoçt” MMC Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və qəhrəman oğulların rəşadəti sayəsində əldə olunmuş Zəfərin ikinci ildönümü münasibətilə yeni poçt bloku nəşr etdirib.

MMC-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “Zəfər Günü” adlı poçt bloku “Şuşa şəhid övladlarının gözü ilə” mövzusu əsasında hazırlanıb. Bloka daxil olan markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.

Markaların möhür vasitəsilə “söndürülməsi” prosedurunu Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Ramiz Qasımovun qızı Gülanə Qasımova və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid Rəşad Atakişiyevin oğlu Turqut Atakişiyev həyata keçirib.

Poçt bloku 10 min tirajla nəşr edilib. Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də çap olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM