satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Naxçıvanda 24 sənaye sahəsi yaradılıb, 254 yeni iş yeri açılıb - VİDEO

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ötən il Naxçıvanda özəl və dövlət maliyyə dəstəyi olmaqla sənaye üzrə 24 sahənin yaradılması başa çatdırılıb. 254 yeni iş yeri açılıb. Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 47 layihə reallaşdırılır ki, bunlar da Şərur Sənaye Məhəlləsi, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, yeni duz istehsalı kimi iri müəssisələrdir.

Qeyd edək ki, ötən il sənaye sahəsi üçün ayrılan kreditlər hesabına yeni salfet istehsalı sahəsinin yaradılması, Naxçıvan şərab müəssisəsinin fəaliyyətinin bərpa edilməsi, “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti və Babək “Sirab” ASC tərəfindən yeni avadanlıqların alınması da təmin olunub.

                                                                  Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM