satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycana idxal edilən soğan gömrük rüsumundan azad edilib

Azərbaycana idxal edilən soğan gömrük rüsumundan azad edilib

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad olunub.

Nazirlər Kabinetinin digər qərarı ilə baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”na daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM