satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin olunub - FOTOLAR

<strong>Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin olunub<font color=red> - FOTOLAR</font></strong> <strong>Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin olunub<font color=red> - FOTOLAR</font></strong>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, fevralın 6-da Abbas Cəlil oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi təyin olunub.

Bu gün Abbas İsmayılovu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatlar biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsinə hədəflənib. Dövlətin fiskal siyasətini həyata keçirən orqanlar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin koordinasiyalı fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu baxımdan metodiki köməkliyin göstərilməsi təmin edilməli, hüquqi münasibətlərinin tənzimlənməsində, fiskal siyasətin həyata keçirilməsində vahid yanaşmanın tətbiqi, həmçinin müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlər qarşılıqlı olaraq həyata keçirilməlidir.

Abbas İsmayılov yüksək etimada görə minnətdarlığını ifadə edib, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.

Qeyd edək ki, Abbas İsmayılov 14 aprel 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM