satellite   Azerspace-1: 11135 H 30000

“Naxçıvanbank” Türkiyəyə ianə köçürmələrini komissiyasız edib

<strong>“Naxçıvanbank” Türkiyəyə ianə köçürmələrini komissiyasız edib</strong>

“Naxçıvanbank” ASC Türkiyəyə ianə köçürmələrini komissiyasız edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvanbank” ASC rəhbərliyinin qərarına əsasən qardaş Türkiyə Respublikasında zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə "Naxçıvanbank"dan edilən bütün pul köçürmələri komissiyasız həyata keçirilir.

Bildirilib ki, təyinatı üzrə həm fiziki, həm də hüquqi şəxslər "Naxçıvanbank"ın filiallarına yaxınlaşaraq Türkiyəyə maddi yardım köçürmələrini rahat, sürətli və komissiyasız şəkildə həyata keçirə bilərlər.

"Türkiyədə zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyirik"- bankın açıqlamasında əlavə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM