satellite   Azerspace-1: 11135 H 30000

Tacikistan-Azərbaycan İnvestisiya Forumunda Naxçıvan sahibkarları da iştirak edib - FOTOLAR

Tacikistan-Azərbaycan İnvestisiya Forumunda Naxçıvan sahibkarları da  iştirak edib<font color=red> - FOTOLAR</font> Tacikistan-Azərbaycan İnvestisiya Forumunda Naxçıvan sahibkarları da  iştirak edib<font color=red> - FOTOLAR</font> Tacikistan-Azərbaycan İnvestisiya Forumunda Naxçıvan sahibkarları da  iştirak edib<font color=red> - FOTOLAR</font> Tacikistan-Azərbaycan İnvestisiya Forumunda Naxçıvan sahibkarları da  iştirak edib<font color=red> - FOTOLAR</font> Tacikistan-Azərbaycan İnvestisiya Forumunda Naxçıvan sahibkarları da  iştirak edib<font color=red> - FOTOLAR</font>

Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. 

Naxçıvan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin də qatıldığı forumda ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrinə birbaşa təsir göstərən trendlər müzakirə olunub, bu müstəvidə mövcud resurslardan və imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanıb.

Hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkətin iştirak etdiyi forumda tərəflər iqtisadi-ticarət əlaqələrinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM