satellite   Azerspace-1: 11135 H 30000

Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyulun 22-də Naxçıvanda vətəndaşları qəbul edəcək.

Naxçıvan televiziyası DGK-ya istinadən xəbər verir ki, qəbul saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küç. 110) baş tutacaq.

Qəbulda Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qəbul zamanı vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM