satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən bu ilin ötən dövrü ərzində  21 lisenziya verilib. Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, verilən lisenziyalar əczaçılıq, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, müxtəlif növ möhürlərin və ştampların hazırlanması, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsi fəaliyyət sahələrini əhatə edib.

Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM