satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artıb

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 72,4 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz və ya 7,6 milyon manat artım deməkdir. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17,4 faiz artaraq 19,9 milyon manat təşkil edib.

2023-cü ilin 6 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artaraq 1,9 milyon manat olub. Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11,3 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM