satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada 80 minə yaxın “Lada” avtomobili geri çağırılıb

Rusiyada 80 minə yaxın “Lada” avtomobili geri çağırılıb

“AvtoVAZ” Rusiyada 79,5 min avtomobili geri çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi - Rosstandart məlumat yayıb.

Söhbət “Lada”nın 2022-2023-cü illərdə buraxılmış “Granta” modellərindən, həmçinin “Niva Legend” və “Niva Travel” yolsuzluq avtomobillərindən gedir.

Nəqliyyat vasitələrinin geri çağırılma səbəbi “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi üçün idarəetmə blokunun olmamasıdır. Bütün avtomobillərdə “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi idarəetmə bloku quraşdırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM