satellite   Azerspace-1: 11135 H 30000

Amerikalı iş adamı İlon Mask bir gündə 20,3 milyard dollar itirib

Amerikalı iş adamı İlon Mask bir gündə 20,3 milyard dollar itirib

İlon Mask sahibi olduğu Tesla avtomobil kompaniyasının səhmlərinin ucuzlaşması səbəbindən iyulun 20-də 20,3 milyard dollar itirib.

Naxçıvan televiziyası xəbər verir ki, Bloomberg indeksinə görə, bu, tarixdə yeddinci ən böyük azalma olub. Nəticədə İlon Maskın sərvəti 234,4 milyard dollara qədər azalıb. Tesla səhmlərinin 9,7 faiz ucuzlaşmasına səbəb sahibkarın açıqlaması olub. O deyib ki, kompaniya öz məhsullarının qiymətlərini aşağı salmağa davam etmək məcburiyyətində qala bilər.

İtkilərə baxmayaraq, amerikalı iş adamı dünyanın ən zəngin insanı olaraq qalır. Hazırda onun sərvəti reytinqin ikinci pilləsində qərarlaşan fransız milyarder, LVMH şirkətlər qrupunun sahibi Bernard Arnonun varidatından 33 milyard dollar çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM