satellite   Azerspace-1: 11135 H 30000

Energetika naziri Pərviz Şahbazov Naxçıvanda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov  Naxçıvanda vətəndaşları qəbul edib

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və nazirliyin nümayəndə heyəti Naxçıvana səfərə gəliblər. 

Səfər çərçivəsində energetika naziri Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Həmçinin energetika naziri "AE SOLAR ” şirkətinin Azərbaycan üzrə nümayəndəsi, "AE SOLAR AZERBAIJAN" MMC-nin direktoru Əlövsət Hüseynquluyevi də qəbul edib. Görüş zamanı yaşıl enerjinin əhəmiyyətindən, Naxçıvandakı mövcud perspektivlərdən danışılıb.

Gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM