satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın internet şəbəkəsində yükləmə sürətinin göstəriciləri açıqlanıb

Azərbaycanın internet şəbəkəsində yükləmə sürətinin göstəriciləri açıqlanıb

Cari ilin iyununda Azərbaycanda mobil və genişzolaqlı internet üzərindən yükləmənin orta göstəriciləri müvafiq olaraq 40,39 və 29,47 (1,13 faiz artım) Mbit/san olub.

Naxçıvan televiziyası “Ookla”nın məlumatlarına istinadla xəbər verir ki, Azərbaycan genişzolaqlı şəbəkədə verilənlərin ötürülmə sürətinə görə 180 ölkə arasında 116-cı yerdə olmaqla mövqeyini qoruyub saxlayıb.

İyunda mobil şəbəkə üzərindən məlumatların yüklənmə göstəricisi əvvəlki ayla müqayisədə 0,58 Mbit/san azalıb. Mobil şəbəkə üzərindən internetin çıxış sürəti 11,25 Mbit/san olub ki, bu da may ayının göstəricisindən (11,58 Mbit/san) 2,85 faiz aşağıdır. Sabit genişzolaqlı internet üzərindən verilənlərin yüklənmə sürəti may ayının göstəricisi ilə müqayisədə 0,33 Mbit/san artıb, çıxış sürəti isə 0,03 Mbit/san azalaraq 29,73 Mbit/san olub.

Qeyd edək ki, dünyada qeyd olunan dövrdə mobil şəbəkə üzərindən giriş və çıxış yükləmələrinin orta sürəti müvafiq olaraq 42,92 və 10,21 Mbit/san olub.

Məlumata əsasən, dünyada ən sürətli mobil internet 200,24 Mbit/san olmaqla Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), ən zəif internet isə 2,38 Mbit/san olmaqla Sudanda qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM