satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan üzərindən quru yol bağlantısı olacaq”

Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan üzərindən quru yol bağlantısı olacaq”

Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasında Naxçıvan üzərindən quru yol bağlantısı olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

Nazir qeyd edib ki, Naxçıvan Türkiyə üçün çox önəmlidir: “Naxçıvanın iqtisadiyyatının genişləndirilməsi arzu edilir”.

O deyib ki, Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindəndir: “İstanbuldan Bakıya yük daşımanı rahat və rəqabətqabiliyyətli olmasını arzu edirik. Bunun üçün Türkiyə olaraq hər cür dəstəyi verməyə hazırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM