satellite   Azerspace-1: 11135 H 30000

“Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyaları yenidən qurulacaq

“Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyaları yenidən qurulacaq

Naxçıvanda əhalinin və müəssisələrin elektrik enerjisinə artan tələbatının ödənilməsi istiqamətində işlər uğurla həyata keçirilir. Görülən tədbirlər çərçivəsində 35/10 kV-luq “Sədərək”, 35/10 kV-luq “Nəzərabad” və 35/10kV-luq “Əbrəqunus” yarımstansiyalarının yenidən qurulması nəzərdə tutulur. Bunun üçün 2023-cü il oktyabrın 24-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 28-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “CİHAN CERAMİC” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Sözügedən yarımstansiyaların qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 1.300.000,0 manat vəsaitin 1.132.800,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 167.200,0 manat məbləğində qənaət əldə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM