satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın telekommunikasiya şəbəkəsində VIMS, GPON texnologiyaları tətbiq ediləcək

Naxçıvanın telekommunikasiya şəbəkəsində VIMS, GPON texnologiyaları tətbiq ediləcək

Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsində VIMS, GPON texnologiyalarının tətbiqi və yeni IP MPLS şəbəkəsinin qurulması nəzərdə tutulur. Bu məqsədlə ötən il noyabrın 17-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Dekabrın 18-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “TMM TELEKOM” MMC ilə dekabrın 22-də satınalma müqaviləsi imzalanıb. Sözügedən texnologiyaların tətbiqi və şəbəkənin qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 3 000.000,0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM