satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə dolların məzənnəsi ilk dəfə 30 TL-ni ötüb

Türkiyədə dolların məzənnəsi ilk dəfə 30 TL-ni ötüb

Türkiyə lirəsi (TL) xarici valyutalar qarşısında tarixi minimumu yeniləməkdə davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, Türkiyədə dollar yanvarın 11-də 30,01 TL, avro isə 33,08 TL səviyyəsini test edib. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 3,5%, son 6 ayda isə 15% bahalaşıb. Avroda isə müvafiq olaraq 5,8% və 15% bahalaşma müşahidə edilib.

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 29.91 TL, satış üzrə 29.96 TL müəyyən edib.

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının yanvarın 11-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0567 manata ticarət edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM