satellite   Azerspace-1: 11135 H 30000

Xalq artisti Rasim Abdullayev vəfat edib

Xalq artisti Rasim Abdullayev vəfat edib

Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.

Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.

1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.

2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət etsin!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM