satellite   Azerspace-1: 11135 H 30000

Zakir Həsənov: Azərbaycan-Türkiyə hərbi qulluqçularının birgə təlimlərinin sayı ötən ilə nisbətən artıb - FOTOLAR

Zakir Həsənov: Azərbaycan-Türkiyə hərbi qulluqçularının birgə təlimlərinin sayı ötən ilə nisbətən artıb<font color=red> - FOTOLAR</font> Zakir Həsənov: Azərbaycan-Türkiyə hərbi qulluqçularının birgə təlimlərinin sayı ötən ilə nisbətən artıb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb.

NTV xəbər verir ki, Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.

General-polkovnik Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab O.Məmiş müdafiə nazirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM