satellite   Azerspace-1: 11135 H 30000

QURBAN VERMƏ ADƏTİ: QANLI VƏ QANSIZ QURBANLAR

QURBAN VERMƏ ADƏTİ: QANLI VƏ QANSIZ QURBANLAR

Qurbаnvermə İslаmdаn çох-çох əvvəllər ibtidаi insаnlаrın icrа etdiyi ayinlərdən biridir. Qədimdə insаnlаr аmаnsız kоrtəbii qüvvələri mərhəmətə gətirmək, sitаyiş etdikləri ruhlаrın хоşunа gəlmək üçün yedikləri qidаnın, etdikləri оvun bir hissəsini qurbаn verirdilər. Qurbаn verdikdən sоnrа isə insаnlаr elə bil rаhаtlıq tapırdılar.

Qurban sözünün mənşəyinin əslində ibranicə “Korbon” sözünə əsaslandığını və onun ərəb dilinə arameycədən keçdiyini bildirilir. Ərəb dilində işlənən “krb” kökündən gələn qurban sözü “yaxınlıq, qohumluq” mənasını verir. İslamdan öncə türklərin isə tarixi proseslərdə qurban sözünün yerinə hansı sözü işlətdikləri hələ də aydın deyil. Mahmud Kaşğari “Divanü Lügat-it türk” adlı əsərində qurban sözünü “yagış” kimi qeyd etmişdir. Vilhelm Radloff qurban sözünü “taylga” kimi ifadə etmişdir. Emel Esin qurban sözünü “tapığ” kimi ifadə etmişdir. Mehmet Eröz, Orta Asiya türklərində qurban ifadəsini “tolu” və ya “dolu” kimi ifadə edir. Başqa bir ifadəni Jan Pol Ru irəli sürdü. Bu ifadəni “Allaha təqdim etmək, həsr etmək və qurban vermək” mənasını verən “təlkə” sözü olduğunu qeyd etmişdir.

Tədqiqatçı alim C.W.Leadbeater yazır ki, ən qədim zamanlarda insanlar tanrılardan hədiyyələr, mükafatlar almaq istəyirdilər. Bunun üçün heyvanı qurban kəsirdilər. Sonrakı mərhələlərdə insan qanının heyvan qanından tanrılara daha təsirli olduğunu düşündülər və beləliklə insan qurban verilməyə başlanıldı.

Mircea Eliade daha irəli gedərək insan qurbanı əkinçilik təsərrüfatı ilə əlaqəli olduğunu və əkin mövsümündə ortaya çıxan müqəddəs gücün yenilənməsi üçün, qurban kəsilməli olduğunu bildirir. 

Bəs dinlərdə qurban anlayışı necədir? Aparılan araşdırmalardanaydın olur ki, bu dinlərdə yəhudilik, xristianlıq və islamda qurban anlayışı öz varlığını qoruyub saxlamış, bəzi xüsusiyyətlərinə görə bir-birindən fərqlənsədə mahiyyət etibarı ilə eyni olmuşdur. Aparılan araşdırmalardan aydın olur ki, qədim türklərdə qurbanlar əsasən qanlı və qansız olaraq iki yerə bölünür. Qansız qurban: buğda, süd, yağ, çörək, şərab və s. qeyd edə bilərik. Altay və Sibirdə yaşayan türklərin dini inanclarını araşdıran tədqiqatçı  Anohin yazır ki, türklərdə qansız qurbanlar təzə şərab, yazda keçilərdən alınan ilk təmiz süd, təzə çay, çörəkdən hazırlanan saba adlı içki və s. İslamdan öncə qədim türklərdə ağaclara “saçı” və “yalama” adı ilə parça, bez bağlamaq adəti də qansız qurban vermə adətinə uyğun olmuşdur. Bu adət bu günün özündə belə Naxçıvanda yaşamaqdadır. İslamdan öncə iranlılar haoma içkisi olaraq qansız qurban verərmişlər. Bir məsələni vurğulamaq istəyirəm ki, haoma içkisi səmənidən alınan içki olaraq bilinməkdədir. Ötən əsrin sonlarına yaxın Naxçıvanda bir çox bölgələrdə, xüsusən Ordubad bölgəsində hazırlayırdılar.

Araşdırmacılar hititlərin tanrılara təqdim etdikləri qurbanlar arasında çörək, müxtəlif yeməklər, yağ, bal, meyvə və şərab kimi müxtəlif təamlar olduğunu yazırlar. Tanrıların bunlarla qidalandığına inanılırdı. Hititlər bu yeyəcəkləri tanrılara çatdırmaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Evlərinin qarşısına yol çəkdirir, bu yola bal, yağ kimi xoş əşyalar qoyur, ətirli bitkilər yandırırdılar. Beləcə insanlar inanırdılar ki, tanrılar gəlib bunlardan qidalanırdılar. Xristiyan olan bəzi etnoslar arasında Tanrıya yağ verilməsi adəti günümüzdə belə mövcuddur. 

Aparılan araşdırmalara görə xalqımız arasında ağac kultu ilə bağlı bəzi müqqəddəs hesab edilən ağaclara müəyyən əski, bez bağlandığına rast gəlirik ki, bu da qansız qurbanlar siyahısına daxildir. Həmçinin, yaylaq-qışla maldarlığı ilə məşğul olan etnosların bəziləri yaylağa qalxan zamanı yaylaqda heyvanlardan sağdıqları ilk südü otların üzərinə, dağların yamaclarına səpər, ot əyəsinə (sahibinə), dağ ruhuna qurban verərdilər. 

Günümüzdə demək olar ki, Naxçıvanın hər bölgəsində mərhum dünyasını dəyişəndə halva pişirib paylayar, eyni zamanda həmin halvadan bir az da qəbir üstünə aparıb, qəbrin üzərinə qoyarlar. Bunun özü belə qansız qurbanlar siyahısına aid edilir.  Əcdad ruhuna yemək vermək bütün dünya mədəniyyətlərində qurban vermə adlanır. Bu gün nəzir olaraq pulun verilməsinin özü belə qansız qurban olaraq bilinməlidir. Yaxud da Naxçıvanda qədim dövrdən günümüzədək mövcud olan bir adət vardır: belə ki, yeni ev tikilən zamanı evin bünövrəsinə pul atırlar ki, bu da qansız qurbanlar siyahısına daxildir. 

İslamdan öncə türklər qanlı qurbanı Gök-Tanrıya kəsmişdilər. Türklərdə əski zamanlarda kəsilən qanlı qurban at, sonra isə qoç olmuşdur. Türk araşdırmacı alim İ.Kafesoğlu yazır ki, Asiya hunları Tanhu sarayında, ilin ilk ayında və erkən yazda (5-ci ay) Göy Tanrıya, əcdadlara və təbii qüvvələrə at və qoyun qurban verirdilər. Burada bir haşiyə çıxaraq qeyd etmək istədik ki, görəsən, il nə zaman başlayırdı, 5-ci ay indiki zamanda hansı aydır.

Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında geniş yayılmışdır. Digər heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə qurban kəsilməmişdir. “Kitabi-Dədə Qorqud” dastanında qurbanlıq deyə atdan ayğır, qoyundan qoç, dəvədən buğra qurbanlığı göstərilir. Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə əlaqələndirilir”.

Təkcə heyvanlar yox, insanlarda məhz qurban olurdu. Bunu biz bir el deyimində də görürük.

Mən aşiqəm, can sənə,

Olmuşam qurban sənə,

Quzu qurbanı nədir,​

Mən özüm qurban sənə.

Qədim Azərbaycanda insan qurbanı verilməsi adəti haqda da Strabonda məlumat vardır. Bu məlumata əsasən, bir il müddətində xüsusi olaraq bəslənilən “müqədəs qul” (hierodul) albanların müqəddəs Ay məbədindəki qurbangaha gətirilir; bədəninə ətirli yağ sürtülür və digər qurbanlıq heyvanlarla birlikdə qurban verilirdi.

İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərərdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar. Qurbanvermə adətilə bağlı olan bu və ya digər qaydalar və təsəvvürlər təsədüfən meydana gəlməmiş, ümumiyyətlə bu dini ayinin formalaşmasının özünəməxsus tarixi kökləri, qanunauyğunluqları vardır. Belə ki, İslam və digər monteis dinlərdə icra olunan bu kimi ayinlər və mərasimlər daha çox qədim zamanlarda yaranmış və zaman-zaman öz məzmun və formasını dəyişmiş ibtidai dini təsəvvürlərdən, inanc sistemindən, dini etiqadlardan, ayinlərdən qaynaqlanmışdır.

Fransız tədqiqatçısı Şarl Enşlen qeyd edirdi ki, qurban vermə adəti öz mənşəyini totemistik təsəvvürlərdən götürür. Belə ki qurban verilən heyvan vaxtı ilə totem olmuş, müqəddəsləşdirilmişlər.

Qurbаnlıq ət sаtılmаz. Qurbаn Аllаh rizаsı üçün kəsilir, imkаnsızlаrın imkаnlılаrın mаlındаn hаqqıdır.

Qurban adətlərinə görə qurban kəsiləcək heyvan sağlam olmalı, heç bir şikəstliyi olmamalı idi. Adətən qurban kəsiləcək heyvan əvvəlcə seçilib bəslənilər. İslami qaydaya görə, əgər qurban xırdabuynuzlu və erkəkdirsə yaş həddi 7 aylıqdan böyük olmalı, əgər qaramaldırsa bir ili tamam olub ikinci ilə keçməlidir, dəvədirsə mütləq 7-ci yaşa keçməsi vacib hesab olunur. Bundan əlavə qurbanlıq heyvan həm də hökmən eyibsiz, yəni kar, kor, buynuzu kəsik, yaralı olmamalı və sağlam olmalıdır. Bütün müsəlmanlar kimi bizim xalqımıza da əziz olan bu bayramda yalnız ev heyvanları: xırdabuynuzlu heyvanlar (qoç, qoyun, toğlu, keçi və.s.), dana, dəvə, öküz və ya bu cinsdən olan heyvanlar kəsilir. Digər heyvanların və quşların qurban kəsilməsi islam dinində məqsədəuyğun hesab edilmirdi. Xalq şairi S.Vurğun öz şeirində qurban bayramından bəhs etmişdir.

Qurban bayramıydı, gülürdü dağlar,

Qonşumuz xınalı bir erkək kəsdi.

Müqəddəs kitаbımız “Qurаni- Kərim”də buyurulur: “Biz hər bir ümmət üçün qurbаngаh (yахud məbəd) müəyyən etdik (və yа hər bir ümmətə qurbаn kəsməyi lаzım bildik ki, Аllаhın оnlаrа ruzi verdiyi (dördаyаqlı) heyvanlаrın üstündə (оnlаrı kəsdikləri zаmаn) Аllаhın аdını çəksinlər (bisimillаh desinlər)” 

​Dini Qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Müqəddəs kitаbımız “Qurаni-Kərim”də yаzılır ki, İbrаhim peyğəmbər Şаmа yetişdikdən sоnrа duа edib dedi: “Ey rəbbim! Mənə sаlehlərdən оlаn bir övlаd bəхş et! Ulu tаnrı оnа həlim хаsiyyətli bir оğlаn uşаğı İsmаyılı müjdə verdi”.

Yuxuda Allah (s.s.) İbrahim peyğəmbərə oğlunu qurban verməyi (onların Allaha inamını yoxlamaq üçün ) əmr etmişdir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayılın özü də qurban olmağa razılaşmışdır. Lakin, uca Allah bunu öz elçisinə rəva bilməmiş və qurbanlıq üçün ona bir qoç göndərmişdi. Elə bu аndа səs gəlir ki, “Yа İbrаhim! Аrtıq sən yuxuda düzgünlüyünü təsdiq etdin!” (Sənə yuхudа nə əmr оlunmuşdursа, оnu yerinə yetirdin. Аllаh sənə lütf edərək bir qоç kəsməyi buyurur)”. Buna görə də, bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da demişlər.

İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.

İslаm аləmində “Qurbаn bаyrаmı” böyük bаyrаm (eyd-əlkəbir) аdlаnır. 

Qurbanlığın şərtlərindən bir də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur. Günümüzdə bu bayramın mahiyyəti kifayət qədər dərk olunmur və bir növ ət bayramına çevrilmişdir. Qurban bayramının İslama uyğun adı “yoxsula, imkansıza, yetimə yardım bayramı” olmalıdır.

Toplanmış etnoqrafik çöl materiallarına əsaslanaraq deyə bilərik ki, Naxşıvanda Qurban bayramı günü kəsilən heyvan axirətdə onu nəzir edib kəsən adamı belinə alıb Sirat körpüsündən keçirəcək. Qurbanlıq heyvanını kəsməmişdən qabaq bir sıra adət və inac sisteminə əməl edirlər. Kənd yerlərində kəndin mollası bir kiloqram duz alıb ona qurban duası oxuyub evinə qoyar. Hər kəs (qurban kəsənlər) gedib ondan bir qaşıq tutanı duz alıb gətirər axşamdan evində hazır tutar. Sabah qurban kəsiləndə həmin duzu qurbanlıq heyvanın ağzına atıb sonra kəsərlər. Oxşar adətə Quba-Xaçmaz bölgəsində də rastlanmaqdadır. Qaydaya görə, qurban ətinin üç yerə bölünməsi vacib sayılmışdır və bu qaydaya Naxçıvan bölgəsində tam mənasında əməl olunmuş və indi də əməl olunmaqdadır.

Qurbanlıq heyvanın gözünü bağlamadan kəsmək günah sayılır. Qurbanlıq heyvanı kəsməmişdən qabaq ağzına bir tikə qənd qoyub çıxarırlar. Həmin qənddə müəyyən xəstəliklərdə (xüsusən göy öskürəkdə) istifadə edərlər. Kəsilən heyvanın gözünün giləsini qurudub “nəzir ağacı” düzəldirlər. Onu qırmızı parçaya büküb ağaca asırlar. Deyirlər ki, ona baxmaq savab sayılır. Ona baxan adama nəzər dəyməz. Heyvanları da nəzərdən qorumaq üçün “nəzər ağacı”nın altından keçirirlər. Bəzi bölgələrdə qurbanlıq heyvanın qanından götürüb bar verməyən ağacların üzərinə vururlar ki, bol meyvə versin. Uşağı olmayan gəlinlərin çiləsini tökmək üçün qurbanlıq heyvanın qanından suya salıb, gəlini həmin su ilə barlı ağacın altında yuyundurardılar. İsmayıl qurbanını kəsməmişdən öncə onu kəsən adam yuyunmalı, təmiz olmalıdır. Onu da qeyd edək ki, bu gündə hamı təmiz olmalıdır. İnanca görə, insan bədənində bir tük var ki, həmin gün islanır. Qurbanı kəsən adam çalışar ki, gün çıxmamışdan qurbanı kəsib qurtarsın. İnama görə, qurbanlıq ətinin üzərinə gün düşməməlidir. Heyvan kəsilən zaman onun qanının axıb getməsi günah sayılırdı. Qan ya bir qaba tutulur, ya da bir çuxur qazılıb ora axıdılırdı. Qurbanlıq heyvanın sümükləri itə atılmazdı, onu qazıb basdırardılar və ya çaya axıdardılar. Onun sümüklərindən suya salıb qaşınma xəstəlik tutanları yuyundurardılar. Bir digər inama görə, qurbanlıq heyvanın tükündən güclü küləyin əsməsini dayandırmaq üçün yandırmaqda istifadə edərdilər. Qurbanlıq əti bu gündən sabaha saxlamazdılar. Hər kəs çalışardı ki, həmin günü evində qurbanlıq əti bişirsin. Ancaq, ət çox olardısa, ətin üzərinə mütləq duz səpilib sabaha saxlanılardı. Ötən əsrlərdə istər kənd yerlərində, istərsə də şəhərdə əhali çalışardı ki, saxladığı xırdabuynuzlu heyvanlardan qurban kəssin. Bu gün demək olar ki, fərd olaraq qurban kəsmək azalıbdır. İnsanlar qəssabxanalara axışır ordan özləri üçün ət alırlar. Bir də inama görə, qurban ətini tərəziyə qoyub çəkməzlər. Bu gün o adətə əməl edən yoxdur. Çünki, hər kəs qəssabdən ət aldığı üçün məcburən aldığı əti çəkdirməlidir. 

Naxçıvan bölgəsində XX əsrin birinci yarısında Qurban bayramında qurban kəsilən heyvanın əti hər evdə bişirilib yeyildikdən sonra, sümükləri atılmazdı. Onlar yığılar əkin vaxtına qədər təmiz bir yerdə saxlanılardı və əkin vaxtı əkin sahələrinə səpərdilər ki, tarlanın məhsulu bol və bərəkətli olsun, ancaq bu adət Sovet dönəmində tədricən aradan çıxmışdır.

Qurban bayramı günü gəlinə və ya nişanlı qıza “qurban payı” aparmaq adəti geniş yayılmışdır. “Qurban payı” ailənin maddi vəziyyətindən çox asılı idi. Bəzən bir şaqqa (heyvanın bir tərəfi), bəzən də bir neçə kiloqram ət aparırdılar. İmkanlı ailələr isə bir buynuzlu qoçu bəzəyib qız evinə, gəlin evinə götürərdilər. Ordubad şəhərində nişanlı qızlara aparılan tabağa “qurban tabağı” deyərlər.

Naxçıvanda qurbana 2-3 ay qalmış, at-qatır və dəvə ilə Məkkəyə gedər, Həcc əməllərini yerinə yetirərək ziyarətinin 10-cu günü Həcc əməllərindən biri olan qurbankəsmə əməlini də yerinə yetirərdilər. Həcc ziyarətinin qaydasına görə, isə Həcc ziyarətinə gedənin evdə bir illik ruzisi olmalı idi, eləcə də qohumunun, qonşusunun dolanışığı yaxşı olmalı idi, yəni ehtiyacı olmamalı idi. Bütün bunlar digər tərəfdən Həccə getmə işini çətinləşdirirdi. Buna görə də, Naxçıvan bölgəsində yoxsulluğa görə Hacıların sayı çox az idi. Sovet dönəmində isə, sovet ərazisindən başqa dövlətlərə, o cümlədən Həcc ziyarətinə getmək qadağan olunmuşdur.

Toplanmış mateiallara görə, bölgədə həmin günü doğulan oğlan uşaqlarına Hacı, İsmayıl adları qoyulurdu. Ancaq, böyüyəndə o uşaqları bəzən Qurban deyə çağırardılar.

Böyük iftixar hissi ilə qeyd etmək olar ki, ölkəmiz müstəqillik əldə edəndən sonra, xalqımızın milli bayramlarından olan Novruz bayramı kimi Qurban bayramının da keçirilməsinə böyük imkanlar yarandı. Artıq nəinki yerli şəraitdə qurbankəsmə sərbəst surətdə həyata keçirildi, hətta bu milli bayramlar dövlət səviyyəsində həyata keçirilməyə başlanıldı.İslаm dininin müqəddəs dini mərаsimlərindən biri də həcdir. Həcc islаmiyyətin mərkəzi sаyılаn Məkkə şəhərində Kəbənin ziyаrətinə getmək deməkdir. Məkkə ziyаrəti 629-cu ildə gerçəkləşdi.

Həcc mərаsimi Qurbаn bаyrаmı günü, hicri-qəməri tаriхin оn ikinci аyının оnuncu günü qeyd edilirdi. Həcc və Qurbаn bаyrаmı bir-birini, dаhа dоğrusu, biri digərini tаmаmlаyаn аyin idi.

Ziyаrətə getmək, müqəddəs yerləri ziyаrət etmək хаlqımızın tаriхində bir аdət hаlını аlmış və nəsildən-nəsilə keçərək dövrümüzə qədər gəlib çаtmışdır.

Bu gün dövlət səviyyəsində Həcc ziyarəti təşkil olundu ki, bu ziyarətə gedən bölgələrin əhalisi içərisində inamla və mübaliğəsiz demək olar olar ki, Naxçıvan bölgəsi aparıcı yerlərdən birini tutur. Naxçıvanda da ordubadlılar daha çoxluq təşkil edir.

Аdətən ziyаrətə gedib qаyıtdıqdаn sоnrа kişilərə “hаcı”, qаdınlаrа isə “hаcıхаnım” deyirlər. Аdətə görə, ziyаrətdən qаyıtdıqdаn sоnrа аdаmlаr оnun görüşünə gedər, оnа hədiyyələr аpаrаrdılаr.

Qurbanvermə adəti qədim dövrdən mövcud olmuş bir adətdir.  Demək olar ki, həmən-həmən bütün dinlərdə mövcuddur. Qurbanın müxtəlif növləri vardır. Onlardan ən əsası qanlı və qansız qurbanlardır. Bunların içərisində ölülərə də qurban vermə adəti olduğunu görürük. Bundan əlavə əkinçilik, maldarlıq tanrılarına da qurban verildiyinin şahidi oluruq.

Qədim dövrdə insanlarda qurban verilirdi ki, bu da həmin insan üçün böyük uğur, tanrıya yaxınlaşmaq üçün böyük fürsət idi. Aparılan tədqiqatların nəticəsi olaraq qeyd edə bilərik ki, Naxçıvanda insan qurban vermə adətinə rast gəlinməsə də bu inancın olmasının böyük ehtimalla üzərində dayanırıq. Qurban vermənin digər formaları da Naxçıvanda mövcud olmuş, bir çoxu bu gün də mövcud olmaqdadır.

Böyük iftixar hissi ilə qeyd etmək olar ki, ölkəmiz müstəqillik əldə edəndən sonra, Qurban bayramının da keçirilməsinə böyük imkanlar yarandı. Artıq nəinki yerli şəraitdə qurbankəsmə sərbəst surətdə həyata keçirildi, hətta bu milli bayram dövlət səviyyəsində həyata keçirilməyə başlanıldı.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyiillərdə xalqın milli-mənəvi və dini dəyərlərinin qorunubsaxlanılmasına və daha da zənginləşdirilməsinə, respublikamızdatolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqlayanaşırdı. Ulu öndər Heydər Əliyev dini bayramlar zamanı həmişəxalqın yanında olmuş, rəsmi olaraq təbrik etmiş, təşkil olunmuşmötəbər dini tədbirlərdə iştirak etmişdir.

Bu gün bu ənənə Cənab Prezident İlham Əliyev tərəfindənlayiqincə davam etdirilir. Hər il Cənab Prezident İlham ƏliyevinAzərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzularıçatdırılır. Artıq beş ildir ki, Qurban bayramını 30 ilə yaxın düşmənişğalında olan torpaqlarımızda da keçiririk. Artıq bu torpaqlardaməskunlaşma prosesi sürətlə gedir. Yeni inşa edilən fərdi evlərəköçürülən soydaşlarımız bu bayramı doğma yurdlarında qeydedir. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərənCənab Prezident İlham Əliyev 2017-ci ili AzərbaycanRespublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir. Ölkə Prezidentiİlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqınatəbrikində bu müqəddəs bayramı belə xarakterizə etmişdir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqidəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülüktəlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi iləəlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarınınmənəvi-ruhi birliyini, əməli saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir”.

Qurban bayramınız mübarək!

Asəf Orucov

Ali Məclisin deputatı, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM