satellite   Azerspace-1: 11135 H 30000

"Səsin Sehri " adlı Solo konserti keçirilib - FOTOLAR

 "Səsin Sehri " adlı Solo konserti keçirilib<font color=red> - FOTOLAR</font>  "Səsin Sehri " adlı Solo konserti keçirilib<font color=red> - FOTOLAR</font>  "Səsin Sehri " adlı Solo konserti keçirilib<font color=red> - FOTOLAR</font>

Sədərək Rayon Uşaq Musiqi məktəbinin Vokal ixtisası üzrə V sinif Şagirdi Kənan Babayevin "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Səsin Sehri " adlı Solo konserti keçirilib.

 

Sədərək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni Səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan və dünya musiqi nümunələrindən ibarət bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış edən şagirdlərin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

 

Sonra məktəbin direktoru  Vəfa Həsənova uğurlu konsertə görə şagirdləri və müəllimləri təbrik edib, Vokal ixtisası üzrə təhsil alan şagirdlərin göstərdikləri nəaliyyətlərdən söz açıb.

 

Sonda konsertdə iştirak edən müəllim və şagirdlər məktəbin diplomları ilə təltif olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM