satellite   Azerspace-1: 11135 H 30000

Yeni Era Uşaq və Gənclər Teatrının 2 Yaşı – “Məlikməmməd Sehrli Aləmdə” Ailəvi Megaşou ilə qeyd olunub - FOTOLAR

Yeni Era Uşaq və Gənclər Teatrının 2 Yaşı – “Məlikməmməd Sehrli Aləmdə” Ailəvi Megaşou ilə qeyd olunub<font color=red> - FOTOLAR</font>

Yeni Era Uşaq və Gənclər Teatrının 2 Yaşı – “Məlikməmməd Sehrli Aləmdə” Ailəvi Megaşou ilə qeyd olunub

 

İyunun 8-də Naxçıvanda yerləşən Heydər Əliyev Sarayında Yeni Era Uşaq və Gənclər Teatrının 2 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Tədbir çərçivəsində teatrın ən son səhnə işi – “Məlikməmməd Sehrli Aləmdə” adlı ailəvi meqaşou tamaşaçılara təqdim olunub

 

Tədbiri giriş sözü ilə açan teatrın direktoru Səyyad Məmmədov ,qonaqları salamlayaraq teatrın keçdiyi 2 illik inkişaf yolundan, həyata keçirilmiş layihələrdən və qarşıdakı məqsədlərdən bəhs etdi. O bildirdi ki, teatr yarandığı gündən bəri uşaqların və gənclərin mədəni inkişafı üçün geniş imkanlar yaradıb və nüfuzlu bir sənət ocağına çevrilib.

 

Peşəkar aktyorların iştirakı ilə hazırlanmış bu rəngarəng və texnoloji baxımdan zəngin səhnə əsəri böyük maraqla qarşılandı. Əsər Azərbaycan xalq nağılının müasir teatr dili ilə təqdimatını əks etdirərək ailələr üçün həm əyləncəli, həm də maarifləndirici bir tamaşaya çevrilib.

 

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı-Səyyad Məmmədov,quruluşçu rəssamı Araz Xudiyevdir.obrazlara həyat verənlər aktyorlar: Padşah-Azərbaycan əməkdar artisti Behruz Haxverdiyev,Məlikməmməd-Nurlan Sultanlı,Məlikhəsən-Amil Yusifov,Məlikəhməd-Sadiq Əliyev,Dərzi-Zəminə Məmmədova,Vəzir -Anar Eyvazov,Əyan-Elşən Nəcəfov,Nəvə Elnarə Dünyamalıyeva ,Div-Ələsgər Quliyev, 1-ci Gözəl Səkinə Məmmədova,2-ci Gözəl-Aygün Eyvazova,3-cü Gözəl-Zəhra Əsgərova,İlan-Vəfa Qurbanzadə,Simurq-Cəbrayıl Səfərli,Bala simurq -Hüseyn Məmmədov, rəqqasə-Şəms Ağakişiyevadır.

Gözoxşayan dekorasiyalar, işıq effektləri və peşəkar səhnə plastikasının sintezi nəticəsində tamaşa həm uşaqlar, həm də böyüklər üçün unudulmaz bir sənət hadisəsinə çevrildi.

 

Tamaşanı ümumilikdə 700 yaxın teatrsevər izlədi.

Teatrın 2 illik yubileyi münasibətilə keçirilən bu tamaşa, eyni zamanda, Azərbaycan xalq nağıllarının müasir teatr forması ilə təbliği baxımından da önəmli addım oldu.

 

Yeni Era Uşaq və Gənclər Teatrı gələcəkdə də innovativ teatr layihələri, mobil səhnə çıxışları və ölkə daxilində teatr festivallarında iştirakla fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM