satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Azərbaycana Qayıdış” adlı sərgi təşkil olunub

Qərbi Azərbaycana Qayıdış” adlı sərgi təşkil olunub

Vətənimizin ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan hər qarışında keçmişimizin izlərini daşıyan tarixi məkandır. Sadəcə təbiətinə görə deyil, həmçinin mədəniyyət abidələrinin zənginliyinə görə də seçilən əzəli torpağımız tarixin yaddaşında əhəmiyyətli bir məqama malikdir.

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qərbi Azərbaycana Qayıdış” adlı sərgi təşkil edilib.

Sərgidə Qərbi Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, xanlıqlar dövrü, azərbaycanlılara məxsus olan dağıdılmış yaşayış məntəqələrinin siyahısı, Zəngəzur qəzası üzrə dağıdılmış kəndlərin siyahısı, Azərbaycanın müxtəlif tarixi dövrlərdəki xəritələri və fotoşəkillər nümayiş olunur.

Kitablar sırasında “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar”, “Ağbaba”, “Qərbi Azərbaycan: tarixi-siyasi aspektlər, “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ağbaba, Şörəyel, Pəmbək və ona yaxın olan bölgələrin mikrotoponimləri”, “Göyçədən başlayan ömür yolu” və başqaları yer alıb.

 Virtual sərgi ilə aşağıdakı hiperlink vasitəsilə tanış ola bilərsiniz:

 https://docs.google.com/presentation/d/e/2PACX-1vRwhdO-4lhtIJytzKGtkv-xeiZ86RezosbonKPOXKCUrfUnFWiPcokpzDqQXs7n56oBoDDid26S7fiz/pub?start=true&loop=true&delayms=30000

                                                              AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM