satellite   Azerspace-1: 11135 H 30000

Xarici diplomatlar Bülbülün ev-muzeyində olublar

Xarici diplomatlar Bülbülün ev-muzeyində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.

NTV  xəbər verir ki, qonaqlara Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verilib.

Xarici diplomatlar uzun illər davam etmiş erməni işğalından sonra bərpa edilmiş muzeyi öz gözləri ilə görmək imkanı əldə ediblər.

Şuşada Bülbülün ev-muzeyi 2021-ci il avqustun 29-da bərpa edilib. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM