satellite   Azerspace-1: 11135 H 30000

"AnewZ" telekanalı Şuşanın turizm potensialı haqqında süjet hazırlayıb - VİDEO

Azərbaycanın "AnewZ" telekanalı “Destination” müəllif layihəsi çərçivəsində özünün yutub kanalında Şuşa haqqında şəhərin turizm potensialını ortaya qoyan ikinci material təqdim edib.

NUHÇIXAN xəbər verir ki, "Təyinat: Şuşa, Azərbaycan" adlı material dünyanın ən böyük mədəniyyət paytaxtlarından birinin canlı irsi ilə tanış olmağı təklif edir.

Qeyd olunur ki, "Azərbaycan musiqisinin beşiyi" və "Qafqazda incəsənət məbədi" kimi şöhrət qazanan Şuşa haqlı olaraq Azərbaycanın mədəniyyət paytaxtı kimi bərpa edilib, dünya miqyasında Türk (2023) və İslam dünyasının (2024) mədəniyyət paytaxtı kimi tanınıb.

Materialda "Xarıbülbül" Musiqi Festivalına xüsusi diqqət yetirilir, Bülbülün ev muzeyindən və bu yaxınlarda yenidən istifadəyə verilmiş Üzeyir Hacıbəylinin ev muzeyindən kadrlar yer alır.

Daha ətraflı materialda:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM