satellite   Azerspace-1: 11135 H 30000

“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı tanıdılıb - FOTOLAR

“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı tanıdılıb<font color=red> - FOTOLAR</font> “Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı tanıdılıb<font color=red> - FOTOLAR</font> “Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı tanıdılıb<font color=red> - FOTOLAR</font> “Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı tanıdılıb<font color=red> - FOTOLAR</font>

Yaponiyanın Osaka şəhərində keçirilən “Expo 2025”də Azərbaycan pavilyonunda ölkənin turizm potensialı təqdim edilib.

Bu barədə NTV-yə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiya, eləcə də Asiyanın müxtəlif ölkələrindən olan 30 aparıcı turizm sənayesi nümayəndəsinin iştirakı ilə şəbəkələşmə tədbiri, həmçinin beynəlxalq bazarları təmsil edən 30 media nümayəndəsinin iştirakı ilə media tədbiri baş tutub.

Tədbirlərdə Azərbaycanın şərab irsi və enoturizm potensialı haqqında təqdimatlar edilib.

Pavilyonun “Yeddi Gözəl” konsepsiyasına uyğun olaraq Azərbaycan Turizm Bürosu tərəfindən “Azərbaycanın yeddi marşrutu” adlı interaktiv proqram hazırlanıb. Proqramda ziyarətçilərə Azərbaycanın əsas turizm məhsulları, eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan milli pavilyonu “Expo 2025”in “Həyatları əlaqələndirmək” (“Connecting Lives”) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (“Seven Bridges for Sustainability”) mövzusunu əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM