satellite   Azerspace-1: 11135 H 30000

37 ölkədən olan beynəlxalq səyyahlar Ağdam şəhərinə gəliblər - FOTOLAR

37 ölkədən olan beynəlxalq səyyahlar Ağdam şəhərinə gəliblər<font color=red> - FOTOLAR</font> 37 ölkədən olan beynəlxalq səyyahlar Ağdam şəhərinə gəliblər<font color=red> - FOTOLAR</font> 37 ölkədən olan beynəlxalq səyyahlar Ağdam şəhərinə gəliblər<font color=red> - FOTOLAR</font> 37 ölkədən olan beynəlxalq səyyahlar Ağdam şəhərinə gəliblər<font color=red> - FOTOLAR</font>

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində martın 26-da Ağdam şəhərinə gəliblər. Heyətə 37 ölkədən 79 nəfər səyahətçi daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.

NTV AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhəri ilə, Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.

Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM