satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilk dəfə uşaq musiqi və incəsənət məktəbləri üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək

Naxçıvanda ilk dəfə uşaq musiqi və incəsənət məktəbləri üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tabeli regional mədəniyyət idarələrinin uşaq musiqi və incəsənət məktəblərində 2025/2026-cı tədris ili üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi ilə bağlı yeni Qaydalar təsdiq edilib.

NTV xəbər verir ki, mərkəzləşdirilmiş buraxılış imtahanları Azərbycan Respublikası Mədəniyyət Nazirliyinin rəqəmsal idarəetmə platforması və “MyCulture” vahid şəxsi kabinet vasitəsilə təşkil olunacaq. Məzunlara imtahanın tarixi, vaxtı və məkanı barədə məlumat SMS, elektron poçt və şəxsi kabinet üzərindən bildiriləcək.

İmtahanların keçirilməsi 2026-cı ilin iyun ayında nəzərdə tutulur.İmtahanlar müvafiq ixtisaslar üzrə komissiyalar tərəfindən 5 ballıq sistem əsasında qiymətləndiriləcək. Yekun nəticələr komissiya üzvlərinin verdiyi balların orta göstəricisi əsasında müəyyən ediləcək.

Yeni qaydalar uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə sisteminin müasir standartlara uyğunlaşdırılmasına, şəffaflığın artırılmasına və təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Qaydalar və imtahan proqramları ilə tanış olmaq üçün keçid linki:
https://nculture.gov.az/storage/pdf/Qanunvericilik/Qaydalar-Telimatlar/Burax%C4%B1l%C4%B1%C5%9F%20imtahan%C4%B1%20qaydalar%C4%B1.pdf

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM