satellite   Azerspace-1: 11135 H 30000

Dağ cığırları əsasında piyada marşrutları müəyyənləşdirilir - FOTOLAR

Dağ cığırları əsasında piyada marşrutları müəyyənləşdirilir<font color=red> - FOTOLAR</font> Dağ cığırları əsasında piyada marşrutları müəyyənləşdirilir<font color=red> - FOTOLAR</font> Dağ cığırları əsasında piyada marşrutları müəyyənləşdirilir<font color=red> - FOTOLAR</font> Dağ cığırları əsasında piyada marşrutları müəyyənləşdirilir<font color=red> - FOTOLAR</font> Dağ cığırları əsasında piyada marşrutları müəyyənləşdirilir<font color=red> - FOTOLAR</font> Dağ cığırları əsasında piyada marşrutları müəyyənləşdirilir<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Turizm Departamentindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, departamentin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi və  departamentin əməkdaşı tərəfindən Şahbuz rayonunun Kükü və Keçili kəndləri, Ağbulaq İstirahət Mərkəzi, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa rayonunda Haçadağ ətrafında, Ordubad rayonunun Parağaçay, Ağdərə, Tivi və Bist kəndlərində, həmçinin Göygöl və Gəmiqaya ərazisində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi aparılıb. Avqustun 27-dək Şərur rayonunun Şahbulaq kəndi - Sulu dərə, Ordubad rayonunun Nürgüt, Nəsirvaz, Pəzməri kəndləri və Pəzməri şəlaləsi ətrafında da dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi aparılacaq.

Yaradılacaq marşrutlar Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin rəqəmsal distributasiya kanallarında, Azərbaycanın turizm təbliğatı üzrə əsas internet səhifəsi olan “Azerbaijan.travel”də, beynəlxalq auditoriya üçün sosial platformalar üzərindən “experienceazerbaijan” və “explorenakhchivan”da, yerli auditoriya üçün isə “Macəra yaxındadır” daxili turizmin təbliği layihəsinin sosial media kanallarında təbliğ ediləcəkdir. Dağ cığırları marşrutlarının izləri GPS-lə qeydə alınaraq dünyada təbiət yürüşləri həvəskarları arasında məşhur olan “Wikiloc” və “Viewranger” kimi platformalarda yerləşdiriləcək.

Dağ piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi özü ilə bərabər ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi, turizm gəlirlərindən yerli icmaların birbaşa faydalanması, kənd evlərinin kirayə verilməsi və ailə təssərrüfatı məhsullarının satışının həyata keçirilməsinə münbit şərait yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM