satellite   Azerspace-1: 11135 H 30000

İsveçrəli gənclər Naxçıvanın bir çox gəzməli-görməli yerlərində olublar - VİDEO

Muxtar respublikamızın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Öz tarixini qorumaqla yanaşı, günü-gündən abadlaşan şəhər və kəndlər doğma diyarımızın turizm potensialını daha da artırır. Azərbaycanın bir çox bölgələrini gəzib, yolunu Naxçıvandan salan və bura ilə bağlı təəssüratlarından dolu-dolu danışan növbəti qonaqlarını qarşıladı Naxçıvan. İsveçrəli gənclər Naxçıvanın bir çox yerlərini gəzib, tarixi abidələr, muzeylər və Duzdağ Fizioterapiya Mərkəzi ilə  tanış olublar.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Şövkət Kərimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM