satellite   Azerspace-1: 11135 H 30000

Şahbuzda “Topal Teymur” tamaşası təqdim olunub - FOTOLAR

Şahbuzda “Topal Teymur” tamaşası  təqdim olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda “Topal Teymur” tamaşası  təqdim olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda “Topal Teymur” tamaşası  təqdim olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Şahbuzda görkəmli dramaturq Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırladığı tamaşanı təqdim edib.

Rejissoru Xalq artisti Kamran Quliyev, rəssamı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov olan beşpərdəli tamaşanın ideyası ədalətsizliyə, müharibə və əsarətə qarşı kəskin etirazdan ibarətdir.

Əsərin mövzusu 14-cü əsrin iki nəhəng hökmdarı-Əmir Teymur və İldırım Bəyazidin apardıqları axırıncı qanlı müharibədən götürülüb.

Qeyd edək ki, mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuş, klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair-dramaturq Hüseyn Cavidin 140 illiyi münasibətilə səhnələşdirilən tamaşa Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tədbirlər planına əsasən muxtar respublikanın digər rayonlarında da nümayiş olunacaq.

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM