satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda “Vətənin qəhrəmanı” tamaşası təqdim olunub - FOTOLAR

Ordubadda “Vətənin qəhrəmanı” tamaşası təqdim olunub<font color=red> - FOTOLAR</font> Ordubadda “Vətənin qəhrəmanı” tamaşası təqdim olunub<font color=red> - FOTOLAR</font> Ordubadda “Vətənin qəhrəmanı” tamaşası təqdim olunub<font color=red> - FOTOLAR</font> Ordubadda “Vətənin qəhrəmanı” tamaşası təqdim olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ordubad Rayon Xalq Teatrı vətənpərvərlik mövzusunda hazırladığı yeni tamaşanı təqdim edib.

Ordubad Rayon Mədəniyyət Sarayında təqdim olunan və Bənövşə Afətlinin ideyası əsasında Nağı Əlisoyun səhnələşdirdiyi “Vətənin qəhrəmanı” tamaşasının rejissoru Davud Məmmədov, quruluşçu rejissoru Nadir Məmmədov, musiqi tərtibatçısı Qasım Rəsulov və rəssamı Hikmət Əliyevdir.

Tamaşa 44 gün davam edən Vətən müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalan zabitin ata-anası ilə son görüşündən bəhs edir. Övladına xeyir-dua verən ana obrazı şəhid oğlunun üçrəngli bayrağa bükülmüş tabutunu qarşılayan məğrur anaların ümumiləşmiş obrazıdır.

Tamaşanın ən təsiredici məqamlarından biri şəhid zabitin son məktubunun oxunmasıdır. Məktubda yer alan ifadələr tamaşaçıda şəhidlərimizin əmanəti olan Vətən torpağına son damla qanımıza qədər sahib çıxmaq ruhu, milli vətənpərvərlik hissi aşılayır.

“Zəfər Günü” ərəfəsində təqdim olunan tamaşanın izləyiciləri sırasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları da olub.

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM