satellite   Azerspace-1: 11135 H 30000

Şərur Rayon Xalq Teatrı repertuarını yeniləyib - FOTOLAR

Şərur Rayon Xalq Teatrı repertuarını yeniləyib<font color=red> - FOTOLAR</font> Şərur Rayon Xalq Teatrı repertuarını yeniləyib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon Xalq Teatrının yaradıcı heyəti Türkiyənin görkəmli ədibi Əziz Nesinin “Öldür məni, can-ciyər” əsərini tamaşaya qoyub.

Şərur Rayon Mədəniyyət Sarayında təqdim olunan tamaşada Əməkdar artist Nemət Sultanov, Sevinc Əlizadə və Vüsalə Rüstəmovanın canlandırdığı obrazlar tamaşaçıların böyük rəğbətini qazanıb.

Qeyd edək ki, tanınmış türk yazıçısı, publisist və dramaturq Əziz Nesinin 1970-ci ildə qələmə aldığı “Öldür məni, can-ciyər” komediyası ailə-məişət mövzusundadır. Komik səhnələrin bol olduğu tamaşa izləyicilərə gülüş bəxş edib

Şəfa Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM