satellite   Azerspace-1: 11135 H 30000

“Topal Teymur” tamaşası Ordubadda təqdim olunub - FOTOLAR

“Topal Teymur” tamaşası Ordubadda təqdim olunub<font color=red> - FOTOLAR</font> “Topal Teymur” tamaşası Ordubadda təqdim olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Hüseyn Cavidin “Topal Teymur” tamaşasını Ordubadda nümayiş etdirib.

Ordubad Rayon Mədəniyyət Sarayında təqdim edilən beşpərdəli tamaşanın əsas ideyası ədalətsizliyə, müharibə və əsarətə qarşı kəskin etirazdan ibarətdir. 

Rejissoru Xalq artisti Kamran Quliyev, rəssamı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov olan tamaşa dahi şair-dramaturq Hüseyn Cavidin140 illiyi münasibətilə səhnələşdirilib.

14-cü əsrin iki nəhəng hökmdarı Əmir Teymur və İldırım Bayazid arasında gedən mübarizədən bəhs edən tamaşada Hüseyn Cavidin bəşəri, eləcə də türkçülük və turançılıq ideyaları rejissor tərəfindən ön plana çəkilib.

 

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM