satellite   Azerspace-1: 11135 H 30000

Kamera orkestri Şahbuzda konsert proqramı təqdim edib - FOTOLAR

Kamera orkestri Şahbuzda konsert proqramı təqdim edib<font color=red> - FOTOLAR</font> Kamera orkestri Şahbuzda konsert proqramı təqdim edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestri Şahbuz rayonunda Naxçıvanda Dövlət Bayrağının qaldırıldığı gün münasibətilə konsert proqramı təşkil edib.

Şahbuz Rayon Mədəniyyət Sarayında təqdim olunan konsert proqramını rayon ictimaiyyətinin nümayəndələri izləyib.

Cahangir Qurbanovun bədii rəhbərliyi və dirijorluğu ilə keçirilən konsert proqramında görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyovun "Arşın mal alan”, Müslüm Maqomayevin "Azərbaycan", Hacı Xanməmmədovun  "Aldatmayaq bir-birimizi", Minbir gecə baletindən "Şəhrizadın bayramı" və klassik əsərlərdən ibarət ifalar səsləndirilib.

Əməkdar artistlərdən Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun, Bəhruz Quliyevin, Ruhiyyə Hüseynovanın, Nərmin Hüseynovanın və digər ifaçıların şanlı vətənimizi, müqəddəs torpağımızı, üçrəngli bayrağımızı vəsf edən musiqi nömrələri rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.

 

                                                                Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM