satellite   Azerspace-1: 11135 H 30000

Babək Rayon Xalq Teatrı tələbələr qarşısında çıxış edib - FOTOLAR

Babək Rayon Xalq Teatrı tələbələr qarşısında çıxış edib<font color=red> - FOTOLAR</font> Babək Rayon Xalq Teatrı tələbələr qarşısında çıxış edib<font color=red> - FOTOLAR</font> Babək Rayon Xalq Teatrı tələbələr qarşısında çıxış edib<font color=red> - FOTOLAR</font> Babək Rayon Xalq Teatrı tələbələr qarşısında çıxış edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon Xalq Teatrının kollektivi Naxçıvan şəhərindəki Gənclik Mərkəzində görkəmli dramaturq Hüseyn Cavidin “Ana” mənzum dramı əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı təqdim edib.     

Tamaşanı muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri izləyib.

Əsərin əsas xəttini Səlma ananın oğlu Qanpoladla onun rəqibi Orxan arasında olan mübarizənin faciəvi sonluğu təşkil etsə də, əsas ideya xalqımıza məxsus qonaqpərvərlik, aman istəyənə sığınacaq vermək kimi mənəvi xüsusiyyətlərin təbliğidir. Baş qəhrəman Səlma ana obrazının timsalında tərənnüm olunan mərdlik, nəciblik, sədaqət duyğuları tamaşaçıların böyük marağına səbəb olub.

Gənc tamaşaçılar düşməni vicdanının hökmünə buraxmağı üstün tutan ana obrazından duyğulanıb, Səlma ananın monoloqlarını alqışlarla qarşılayıblar.

 

Hafizə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM