satellite   Azerspace-1: 11135 H 30000

Şahbuzda “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub - FOTOLAR

Şahbuzda “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub<font color=red> - FOTOLAR</font>

Şahbuz rayonunda “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon Xalq Teatrı tərəfindən hazırlanan tamaşanın ssenari müəllifi Əməkdar artist Tofiq Seyidov, quruluşçu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Mübariz Əliyevdir. Tamaşada rayonda fəaliyyət göstərən təcrübəli və həvəskar aktyorlar, eyni zamanda gənc istedadlar rol alıb. Tamaşada rayonun Güney Qışlaq kəndinin 1-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan qəhrəman övladı Vaqif Əhmədovdan bəhs olunur.

O dövrdə Bakı Dövlət Universitetinin Mədəniyyət və incəsənət fakültəsində təhsil alan Vaqif Əhmədov müharibə başlayan kimi Qarabağa yollanır, özünü vətən uğrunda odlu-alovlu səngərə atır. Tamaşanın süjet xəttini Vaqifin hərbçi yoldaşları ilə birlikdə müharibədə bir sıra hərbi əməliyyatların hazırlanmasında və yüksəkliklərin alınmasında fəal iştirakı, göstərdikləri qəhrəmanlıqlar təşkil edir.

Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM