satellite   Azerspace-1: 11135 H 30000

“Adı sənin, dadı mənim” tamaşası bu dəfə Şahbuzda təqdim olunub - FOTOLAR

“Adı sənin, dadı mənim” tamaşası bu dəfə Şahbuzda təqdim olunub<font color=red> - FOTOLAR</font> “Adı sənin, dadı mənim” tamaşası bu dəfə Şahbuzda təqdim olunub<font color=red> - FOTOLAR</font> “Adı sənin, dadı mənim” tamaşası bu dəfə Şahbuzda təqdim olunub<font color=red> - FOTOLAR</font> “Adı sənin, dadı mənim” tamaşası bu dəfə Şahbuzda təqdim olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının kollektivi tərəfindən təqdim olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Nemət Sultanovdur. Musiqili komediya janrında olan tamaşa Şahbuz Rayon Mədəniyyət Sarayında təqdim olunub.

Tamaşa tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanıb. Satirik komediyada hadisələr ötən əsrin 60-cı illərində Azərbaycan şəhərlərindən birində cərəyan edir və komik məcrada davam edərək dövrün eybəcərliklərini ifşa edir. Tamaşada əsas surət olan Qəlyanalı və onun ətrafındakılar gülüş hədəfidir.

Qeyd edək ki, haqqında danışdığımız tamaşa ilk dəfə Naxçıvanda xalq teatrlarının repertuarına 2019-cu ildə salınıb. Bu il isə Kəngərli və Şərur rayonlarında teatrsevərlərə təqdim olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM