satellite   Azerspace-1: 11135 H 30000

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləş-mob keçirilib - VİDEO

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləş-mob keçirilib.

Dövlət Turizm Agentliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, fləş-mobun təşkil olunmasında "Turizm Könüllüləri" Təşkilatının üzvləri və ATMU tələbələri iştirak ediblər.

Belə ki, iştirakçılar pankartlarla Ümummilli Lider Heydər Əliyevin şəkli əks olunan görüntünü və “100 il” yazısını nümayiş etdiriblər.

Qeyd edək ki, fləş-mob 18-19 fevral tarixlərində “Şahdağ” Turizm Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunmuş həvəskar dağ xizəyi yarışı çərçivəsində keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM