satellite   Azerspace-1: 11135 H 30000

Fuad Nağıyev: "Azərbaycanda hava şəraitinin dəyişkənliyi turizm imkanları üçün çətinlik yaradır"

 Fuad Nağıyev: "Azərbaycanda hava şəraitinin dəyişkənliyi turizm imkanları üçün çətinlik yaradır"

Azərbaycanda bir neçə müddətdir ki, hava şəraitinin dəyişkən keçməsi turizm imkanları üçün çətinlik yaradır.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur. Sədr söyləyib ki, çimərlik mövsümü iyunun 15-dən sentyabra kimi davam edir: “Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər. Sel, daşqınların turizmə vurduğu ziyan hələ ki hesablanmayıb”.

Xatırladaq ki, yay mövsümü başlayandan ölkədə qeyri-sabit hava şəraiti qeydə alınıb. Bir çox bölgədən sel keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM