satellite   Azerspace-1: 11135 H 30000

Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb

Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb

Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb.

Naxçıvan televiziyası xəbər verir ki, mərkəz Laçının hələ qədimdən məşhur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb.

Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM