satellite   Azerspace-1: 11135 H 30000

Bu il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb

Bu il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb

2024-cü il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa Parlamentinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Bad İşl (Avstriya), Tartu (Estoniya), Bodo (Norveç) bu il üçün Avropanın mədəniyyət paytaxtları elan olunub.

Qeyd edək ki, “Avropanın mədəniyyət paytaxtı” təşəbbüsü 1985-ci ildə hazırlanıb və bu günə qədər Avropa İttifaqı (Aİ) və ondan kənarda 60-dan çox şəhər bu statusa layiq görülüb. 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı olan şəhərlər isə Elefsina (Yunanıstan), Vesprem (Macarıstan), Timişoara (Rumıniya) olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM