Naxçıvan televiziyası xəbər verir ki, Babək Rayon Mədəniyyət İdarəsi Ordubad şəhər tam orta internat məktəbində təhsil alan şagirdlərlə görüş keçirib.
Görüşdə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə internat məktəbində təhsil alan şagirdlərə təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıb.
Məktəb şagirdləri üçün təşkil olunmuş konsert proqramı izləyicilərin alqışları ilə qarşılanıb. Konsertdə həmçinin məktəb şagirdləri də mahnılar oxuyub. şeirlər söyləyiblər.
Görüşdə Ordubad şəhər tam orta internat məktəbində təhsil alan şagirdlərə hədiyyələr təqdim edilib.
Sonra uşaqlarla xatirə fotosu çəkdirilib.
