Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb.
Bu barədə NTV-yə DSX-dan məlumat verilib.
Bildirilib ki, onların 7-siAzərbaycan, 5-i İran, 5-i Əfqanıstan, 5-i Pakistan, 3-ü Mərakeş, 1-i Yəmən, 1-i isə Şri-Lanka vətəndaşı olub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.
Sərhəd rejim qaydalarını pozduqlarına görə 780 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib, ölkədən çıxışı qadağan edilmiş 499 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 20 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkotik vasitə, 564 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarıllıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 793 min 325 manat olan qaçaqmal, o cümlədən "Astra" markalı tapançaya məxsus daraqla birlikdə 17 ədəd patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
