satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər

Azərbaycan hərbi qulluqçuları Türkiyənin Konya şəhərində keçiriləcək “Anadolu Qartalı” beynəlxalq hərbi təlimlərində iştirak edəcəklər.

NTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı və İordiniyanın quru, dəniz və hava qoşunlarının şəxsi heyəti iştirak edəcək. Həmçinin Bolqarıstan, Braziliya, Malayziya, Mali və Nigeriya manevrlərdə müşahidəçi kimi təmsil olunacaq.

Təlimlər iyunun 23-dən iyulun 4-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM