satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimləri başa çatdırıblar

Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimləri başa çatdırıblar

Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimləri başa çatdırıblar.

NTV  xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, təlimlər dəniz və hava hədəflərinə atəş açmaq, üzən minaları məhv etmək məşqlərini əhatə edib. Bundan başqa, Azərbaycan və Qazaxıstanın hərbi qüvvələri birgə manevr etmək və axtarış-xilasetmə əməliyyatları bacarıqlarını məşq ediblər.

Təlimlər zamanı həmçinin hava hücumundan müdafiənin təşkili həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimləri iyunun 17-də Aktauda başlanıb. Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstan Hərbi Dəniz Qüvvələri baş komandanının birinci müavini – baş qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbekov iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM