satellite   Azerspace-1: 11135 H 30000

Bakı Limanının tikintisi üçün ayrılmış torpaq sahəsi 30 hektardan çox azaldılıb

Bakı Limanının tikintisi üçün ayrılmış torpaq sahəsi 30 hektardan çox azaldılıb

Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılması haqqında 18 mart 2015-ci il tarixli sərəncamında dəyişiklik edib.

Naxçıvan televiziyası xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Fərmana əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 400 hektardan 369,26 hektara endirilib.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM