satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev ÇXR-in Sədri Si Cinpinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev ÇXR-in Sədri Si Cinpinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə qarşıdan gələn Bahar bayramı münasibətilə məktub ünvanlayıb.

Naxçıvan televiziyası  xəbər verir ki, dost Çin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısının məktubunda qeyd edilib: “Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm”.

Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin bundan sonra da birgə səylərlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM