satellite   Azerspace-1: 11135 H 30000

Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM