satellite   Azerspace-1: 11135 H 30000

Xidmət mərkəzində lazımi şərait yaradılıb - FOTOLAR

Xidmət mərkəzində lazımi şərait yaradılıb<font color=red> - FOTOLAR</font> Xidmət mərkəzində lazımi şərait yaradılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 28-də Pəzməri kəndində xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası yerləşir. Burada xidmətin təşkili üçün hər cür şərait yaradılıb, 3 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri tələbata uyğun məhsulların satışı ilə bağlı tapşırıq verib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus və Pəzməri kəndlərinin müasir və ağıllı kəndlər sırasına daxil olduqlarını qeyd edib, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə və məskunlaşmanın artacağına əminliyini bildirib.

Kənd ağsaqqalı Vaqif Abdullayev görülən işlərə görə dövlətimizə minnətdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM